“American Airlines” şirkətinin stüardessası Bett Neş dünyanın ən yaşlı stüardessası hesab olunur. Bu barədə CNN məlumat verib. Bett artıq 60 ildir ki, stüardessa işləyir. Xanımın sözlərinə görə o hələ uşaq vaxtından bu peşəyə yiyələnmək istəyib. O 1957-ci ildə “Eastern Airlines” şirkətinə stüardessa vəzifəsinə işə düzəlib. Hazırda həmin şirkət fəaliyyət göstərmir. Bett Neş hazırda bu peşədə çalışmağın daha asan olduğunu bildirir. Buna səbəb texnikanın inkişaf etməsidir.

İstinad :Fins.az saytı