Hindistanın «Air India» dövlət aviaşirkəti artıq çəkiyə görə 34 ekipaj üzvünü uçuşlardan kənarlaşdırıb.İnfotour.az Turizm.fins.az-a istinadən əldə etdiyi  məlumatına görə, bu barədə mülki aviasiya naziri Cayant Sinha bildirib.

Nazir qeyd edib ki, onların 30-u qadın, 4-ü isə kişidir.

C.Sinha deyib: «Air India» belə əməkdaşlara çəkilərini azaltmaq üçün kifayət qədər imkan verir. Onlar artıq çəkidən qurtulan kimi uçuşlara buraxılacaqlar».

İstinad : fins.az

loading...