Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], Avstraliya (ing. Australia, lat. austrālis «Cənub») — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə dünyada altıncı ən böyük ölkə sayılır. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şəqdə Yeni Zelandiya yerləşir. 2014-cü ildə əhalisinin sayı 23,714,200 nəfər olmuşdur ki, onların da əksəriyyəti ölkənin şərqində yerləşən şəhərlərdə yaşayır. Avstraliya inkişaf etmiş ölkələr sırasına daxildir və iqtisadiyyatının böyüklüyünə görə dünyada on üçüncü yerdədir. Avstraliya hərbi xərclərin həcminə görə dünyada on dördüncü yerdədədir.

Avstraliya altı ştatdan, iki materik ərazisindən və digər daha kiçik ərazilərdən təşkil olunmuşdur. Ştatlar Viktoriya (VIC), Qərbi Avstraliya (WA), Kvinslend (QLD), Yeni Cənubi Uels (NSW), Tasmaniya (TAS) и Cənubi Avstraliya (SA) hesab olunur. İki əsas materik ərazisi isə Şimal ərazisi (NT) və Avstraliyanın paytaxt ərazisidir (ACT). Ərazilərin statusu ştatların statusundan çox fərqlənmişdir. Fərq ondan ibarətdir ki, Avstraliyanın federal parlamenti ərazilərin parlamentinin bütün qərarlarını ləğv edə bilər. Lakin ştat parlamentlərinin qərarlarını Federal parlament yalnız Avstraliya kostitusiyasının 51-ci paraqrafında qeyd olunmuş hallarda ləğv edə bilər. Bütün digər məsələlər isə ştatın öz həvaləsində qalır — səhiyyə, təhsil, hüquq-intizam, nəqliyyat, yollar və daxili idarəçilik.

Hər bir ştat və materik ərazisi öz qanunverici orqanına malikdir: Şimal ərazisində, Avstraliyanın paytaxt ərazisində və Kvinslenddə birpalatalı orqan, digər ştatlarda isə ikipalatalı. Aşağı palata Qanunverici assambleya, yuxarı palata isə Qanunverici məclis adlandırılır.
Vollaman şəlaləsi.Kvinslənd.Avstraliya.
Avstraliya ittifaqı-Cənub yarımkürəsində yerləşən və sahəsi 7 692 024 км² olan dövlətdir. Ərazisinə görə Rusiya, Kanada, Çin, ABŞ və Braziliyadan sonra 6-cı ən böyük ölkədir. Avstraliya, dünyanın ən kiçik qitəsidir.Yer planetinin quru hissəsinin 5%-ını tutur.Onun tərkibinə-Avstraliya materiki(Tasmaniya adası daxil olmaqla)sahəsi 7 659 861 км²(digər sahilyani adaların sahəsi 32 163 км²-dir),Kokos adaları(Kilinq) 14 км²lik sahəsiylə,Milad adası-135 км²lik sahəsiylə,Aşmor və Kartye adaları-2 км²lik sahəsiylə,Xerd və Makdonald adaları-370 км²lik sahəsiylə,Norfolk adası-35 км²lik sahəsiylə,Korall dənizinin adaları-3 км²lik sahəsiylə və Avstraliyanın Antarktidadakı əraziləri-6,1 milyon км²lik ərazisiylə daxildir.Avstraliyanın şimal və şərq sahillərini Sakit okeanın dənizləri yuyur:Arafur,Korall,Tasman,Timor dənizləri;qərb və cənub sahillərini isə Hind okeanı.Avstraliyanın yaxınlığında iri adalar olan Yeni Qvineya və Tasmaniya adaları yerləşir.Avstraliyanın şimal-şərq sahili boyu 2000 kilometr uzunluğunda dünyanın ən böyük korall rifi olan-Böyük sədd rifi uzanır.Avstraliya nəhəng bir dövlətdir hansı ki,qərbdən şərqə 4000 kilometr,şimaldan cənuba isə təxminən 3860 kilometr uzanır.Materikin kənar nöqtələri: şimalda-York burnu(10 °C. e.),cənubda-Sot-İst-Keyp burnu(39 °C. e.),qərbdə-Stip-Poynt burnu(114° ş. u.),şərqdə isə Bayron burnu(154° ş. u.).Avstraliyanın sahil xəttinin uzunluğu 59 736 km təşkil edir.Hemcinin SIdney…

loading...