Şəkinin mərkəzində yerləşən “İnci Design Hotel” 2016-cı ilin iyul ayından fəaliyyətə başlayıb. Otel 3 “King Suit”otaqdan və 1 standart otaqdan ibarətdir. Əsasən gənclərin bal ayı üçün hazırlanmış oteldə daim əcnəbi ölkələrdən olan turistlər qonaq olur. Birinci mərtəbədə yerləşən “Gold Suit” otağında “Qış bağı” və cakuzi var. İkinci mərtəbədə yerləşən “Sapphire Suit” otaqda qonaq otağı və yataq otağı qonaqlara təklif olunur. «Silver Suit» adlanan otaq isə 3-cü mərtəbədə yerləşir. Bu nömrədə də salon və yataq otağı var. Bu nömrədə həmçinin ayrıca mətbəx otağı da var . Bundan başqa” Red room” adlı standart otaqda var. Bütün otaqlar mini bar, wifi və rəqəmsal Tv ilə təchiz olunub. Bütün nömrələr üçün «Room service» və «Laundry service» xidmətləri fəaliyyət göstərir. Həmçinin oteldə restoran da fəaliyyət göstərir.
Qiymətlər
Otaqların qiymətlərinə gəlincə isə hər nömrəyə görə ödəniş dəyişir. Gold room — 130 manat. Sapphire room — 120 manat. Silver room — 110 manat. Red room(standart) — 60 manatdır.
Restoran
Oteldə “İnci” adlı restoran fəaliyyət göstərir. Restoranın özəlliyi bütün yeməklərin qonaqların gözü qarşısında hazırlanmasıdır. Bundan başqa restoranda ustad dərsləri də keçirilir. Beləki restoranın qonaqları əlavə ödəniş etməklə sifariş etdikləri yeməklərin hazırlanmasında iştirak edə bilərlər.

İstinad : Fins.az saytı

loading...