Turizm zonalarından sayılan İsmayıllıda yeni otel tikilir. İsmayıllı Turizm İnformasiya Mərkəzindən  verilən məlumata görə, hotel H. Əliyev prospektində yerləşir.

Məlumata görə, 5 mərtəbəli hotelin ümumi sahəsi 1 336 kv metrdir. Tikinti sahəsi isə 1000 kv metrdir. Hotelin birinci mərtəbəsi zirzəmidə yerləşir.

Hotelin nömrə sayı isə 43-dür.Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə. hazırda hava şəraiti ilə əlaqədər olaraq hotelin tikintisi dayandırılıb.

Tikintinin lahiyəçisi “Arxproekt” MMC –dir. Tikintinin sifarişçisi isə “MM Orbita ltd”-dir. Hotelin adı və tikintisinin nə vaxt başa çatacağı ilə bağlı məlumatlar açıqlanmır.

 

İstinad:Fins.az

loading...