Azərbaycanın təbiətcə zəngin yerlərindən biri olan Gədəbəydə yeni mehmanxana tikilib. Hotelin tikintisinə bir il vaxt sərf olunub.
Şəmkir regional turizm mərkəzindənverilən məlumata görə, “Meh” adlı hotel 3 mərtəbəlidir. Mehmanxanada eyni vaxtda 80 nəfər qala bilər. Hotel Gədəbəyin Slavyanka kəndində yerləşir.
40%-Ə QƏDƏR ENDİRİMLƏ SƏYAHƏT EDİN!

loading...

Nömrələrdən əlavə mehmanxananın 6 kotteci də var. 3 hektarlıq həyətyanı sahəsi olan istirahət mərkəzində uşaqlar üçün əlavə əyləncə mərkəzləri də qurulub.
Hotel hələki ulduz ilə təsnif olunmayıb. Lakin yaxın günlərdə rəsmi qurumların yoxlanışından sonra hotelin təsnifatının da müəyyənləşəcəyi gözlənilir.

© Fins.az