Azərbaycan Hava Yolları” Bakı-Gəncə-Bakı uçuşlarını dayandırıb.AZAL-dan bildirilib ki, kommersiya baxımından uçuşların həyata keçirilməsi səmərəli olmadığı üçün yanvarın 9-dan Bakı-Gəncə -Bakı uçuşlarının dayandırılmasına qərar verilib.
Qeyd edək ki, AZAL Bakı-Gəncə-Bakı reysini “rentabelli fəaliyyət göstərməməsi ilə bağlı olaraq 2015-ci ildə də dayandırmışdı. Lakin bir müddət sonra uçuşlar bərpa edilmişdi.
Uçuşlar hər gün “Embraer” tipli təyyarələr vasitəsilə həyata keçirilirdi. Qeyd edək ki, biletlərin qiyməti 30 manatdan başlayırdı.

loading...

Istinad : Fins.az saytı