Bir neçə xarici ölkədən Azərbaycana yerinə yetirilməli olan aviareyslər təxirə salınıb.
«ATA Airlines» aviaşirkəti tərəfindən saat 00:30-da yerinə yetirilməli olan Təbriz-Bakı aviareysi təxirə salınıb.
Bununla yanaşı, İstanbulun «Atatürk» hava limanından Bakıya yerinə yetirilməli olan aviareys də təxirə salınanlar arasındadır. Aviareys «Türk Hava Yolları» (THY) aviaşirkəti tərəfindən saat 01:50-də yerinə yetirilməli idi.
«FlyDubai» aviaşirkəti isə saat 00:42-də yerinə yetirilməli olan Dubai-Bakı aviareysini təxirə salıb.
İstanbul-Bakı aviareysinin təxirə salınmasına səbəb Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraitidir. Digər aviareyslərin təxirə salınmasının səbəbi bəlli deyil.

Istinad : Fins.az saytı