Avropanın və Asiyanın tanınmış universitetləri azərbaycanlı tələbələr üçün 2017-2018-ci dərs ilini əhatə edən təqaüd proqramları elan edib. Fins.az həmin proqramların siyahısını təqdim edir:

İsveç

İsveçrənin “Universita della Svizzera İtaliana”da   xarici tələbələr üçün 2017-ci ilin mart ayından 2018-ci ilin dekabr ayına qədər Mədəniyyətlərarası Kommunikasiya üzrə magistr proqramı təşkil olunacaq. Kurs ərzində tələbələr immiqrantların inteqrasiyası, onlarda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərə malik qrupların ehtiyaclarının dərk edilməsi kimi nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Magistr proqramı ilə maraqlanan şəxslər mic@usi.ch elektron ünvan və ya +41586664652 telefon nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.

İsveçin “Visby Təqaüd Proqramı” da 2017/2018- ci tədris ili üzrə təqaüd elan edib.

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Rusiya və  Ukraynadan olan tələbələr bu proqrama qoşula bilərlər.

Proqram çərçivəsində magistratura, doktorantura, doktorantura sonrası tədqiqat (postdoct) mərhələl ərində təhsil almaq mümkündür. Magistratura təhsili üçün  1-2 il,  doktorantura  12 ay, doktorantura sonrası tədqiqat (postdoct) 6, 9 və 12 ay, böyük elmi işçilər (senior scientists)  6 ay nəzərdə tutulub.

Həmin mərhələlər üçün təqaüdün miqdarı da açıqlanıb.

Magistratura üçün – 9 000 İsveç kronu (SEK) aylıq təqaüd, sığorta və yol xərcləri; Doktorantura üçün – 15 000 İsveç kronu (SEK),

loading...

Doktorantura sonrası tədqiqat və  böyük elmi işçilər (senior scientists) üçün -18 000 İsveç kronu (SEK)

Proqramdan   yararlanmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur. Qoşyulmaq istəyənlər 1-10 Fevral 2017-ci  il tarixi aralığında fərdi qaydada aşağıdakə   ünvanlara  müraciət edə bilərlər:

www.sweden.sewww.si.se ; si@si.se

Qazaxıstan

Qazaxıstanın Nazarbayev Universitetinin Biznes üzrə Ali məktəbi (NUGSB) xarici tələbələr üçün magistratura pilləsi üzrə təqaüd elan edi b. ABŞ-ın Duke Universitetinin Fuqua Biznes məktəbi ilə strateji əməkdaşlıq əsasında yaradılmış bu ali məktəb bugünə kimi 2000 nəfərdən çox xarici tələbəyə təhsil proqamı təqdim etmişdir. Sözügedən təqaüd haqqında ərtaflı məlumat almaq üçün mba.admissions@nu.edu.kz  ünvanına e-mail göndərə və ya +7 (7172) 709183 nömrələrinə zəng edə bilərsiniz.

İsveçrə

İsveçrə Konfederasiyası da  2017-2018-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elan verib. Burada  doktorantura/PhD və tədqiqat mərhələsində  təhsil almaq olar.

Tələbələr üçün aylıq təqaüd, təhsil haqqı, yol xərci, sığorta xərci və s. qarşılanacaq. Proqrama qoşulmaq istəyənlər ancaq  electron qaydada  müraciət edə bilərlər.

https://www.eda.admin.ch/countries/azerbaijan/en/home/services/scholarships.html

Almaniyadayeganə təqaüdimkanı DAADdeyil. Əgərsizing  bakalavr balınız (GPA) 91 və yuxarıdırsatəqaüdlə magistroxumaq üçünbir neçə universitetə müraciət edə bilərsiz Universitetlərin siyahısı və şərtləri barədə daha ətraflı  http://oley.az/?p=11790 ünvanından məlumat ala biləcəksiz.

İstinad : Fins.az saytı