Braziliya və ya Braziliya Federativ Respublikası — Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, Qayana və Fransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə Argentina və Paraqvay, qərbdə Boliviya və Peru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim Vaz və Atol das Rocas.

Braziliya ekvator və Oğlaq tropiki tərəfindən iki yerə bölünür. Ölkə müxtəlif flora və fauna ilə zəngindir. Braziliyanın əhalisi əsasən sahilboyu yerləşən iri şəhərlərdə cəmləşib. Əhalisinin sayına görə dünyanın iri ölkələrindən biri olmasına baxmayaraq, Braziliya əhalisinin sıxliği aşağıdır. Ölkənin mərkəzi hissəsinin əhali sıxlığı xüsusilə aşağıdır.

Braziliyanın şimal və cənub nöqtəsi arasındakı nöqtəylə şərq və qərb nöqtələri arasındakı məsafə az qala bir-birinə bərabərdir (4225 km). Ümumiyyətlə səth şəkilləri iki geniş kateqoriyada araşdırılır.

1. Şimalda Amazon Çayı hövzəsinin, qərbdə Puluna və Paraguay çayı sisteminin geniş düz düzənlikləri. 2. Şərqdəki Braziliya yüksək yaylaları və şimalındakı Cuiana yaylalarıdır. İki geniş çay sistemi, iki yüksək dağlıq bölgə arasında sərhədsiz bir hal alır. Az qala bütün Braziliyanın yarısından çoxu dəniz səviyyəsindən 200 metrdən az yüksək yerlər olmasına baxmayaraq, əhalisinin hakim qismi daha çox yüksək yerlərdə yaşayır. Ölkənin az qala 4%-i dəniz səviyyəsindən 900 m yüksəkliyindən çoxdur. Braziliyanın ən yüksək dağı Pico da Bandeira olub, 2890 m-dir.

loading...