Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operatorları və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşündə danışıb.

Nazir qeyd edib ki, keçən ilin may ayında Azərbaycana 174 min nəfər turist gəlib:

loading...

“Bu ilin mayında isə 211 min turist səfər edib. Bu, kifayət qədər böyük rəqəmdir. Təxminən 30 faiz artım müşahidə edilib. Ümumən ötən ilin beş ayında ölkəyə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu rəqəm 200 mindən artıq turist artımı deməkdir. Bu artımlar viza rejiminin sadələşdirilməsi ilə birbaşa bağlı olan haldır. Biz 90-a yaxın ölkəyə qapımızı açmışıq”.

İstinad : marja.az