34 C
BAKU
Ana səhifə OTELLƏR Dünyanın ən dəbdəbəli otelləri-SİYAHI

Dünyanın ən dəbdəbəli otelləri-SİYAHI

168

Uşaq vaxtı hamımız sarayda – hər şeyin mümkün olduğu nağıl dünyasında yaşamağı arzulamışıq.

Shangri-La Hotel, Paris
Shangri-La oteli Eyfel qülləsi və Sena çayından 600 metr məsafədə yerləşir. Dəbdəbəli və eleqant nömrə və lyukslardan Eyfel qülləsinə romantik mənzərə açılır. 1896-cı ildə tikilən malikanə 3-cü Napoleonun bacısıoğlu şahzadə Rolan Bonaparta məxsus olub. Bina və bütün interyer əşyaları tarixi abidə kimi dəyərləndirilir.

Umaid Bhawan Palace, Caypur
Otel 20-ci illərin sonunda maharacalar üçün nəzərdə tutulmuş saraydan ibarətdir. Umaid Bhawan Palace Hindistandakı ən böyük saraylardan sonuncusu və dünyadakı ən böyük şəxsi iqamətgahlardan biridir. 26 akrlıq bağların arasında yerləşir. Sarayın bir hissəsi Codxpura kral ailəsinin rəsmi iqamətgahı olaraq qalır. İnteryer qızılı mebel və rəngli freskalarla ar-deko stilində yerinə yetirilib.

loading...

Palais Coburg Residenz, Vyana
Möhtəşəm bəyaz sarayın layihəsi 1839-cu ildə Karl Şleps tərəfindən hazırlanıb və 1840-1845-ci illərdə Avstriya şahzadəsi Ferdinand Saksen-Koburq-Qotskinin göstərişi ilə 16-cı əsrə aid qala divarlarının yerində tikilib. Hər bir syut Saksen-Koburq-Qotski sülaləsinin üzvlərindən birinin adını daşıyır. Hersoq iqamətgahının yeraltısı xüsusi maraq təşkil edir: bu yaxınlarda bura təmir edilib və ictimaiyyət üçün açılıb.

Four Seasons, Florensiya
Saray-otel keçmişdə Mediçi ailəsinin çoxsaylı iqamətgahlarından biri olan Palatso della Qerardeskada yerləşir. Parad zallarından dambaca kapellalarına qədər interyerlər ən yüksək muzey standartına uyğun olaraq bərpa edilib. Müştərilər əntiq mebel və əsl Renessans dövrü freskalarının əhatəsində yaşamaq imkanı qazanır. Şəhərin mərkəzi hissəsinə ən böyük şəxsi park otelin qüruru hesab edilir.

St. Pancras Renaissance, London
Otelin neoqotik binası memar ser Corc Qilbert Skott tərəfindən 1873-cü ildə vağzal mehmanxanası olaraq tikilib. 245 milyon dollara başa gələn böyük miqyaslı təmir işlərindən sonra otel yenidən kraliça Viktoriyanın zamanındakı görünüşünü əldə edib. St.Panras-da Spice Girls-ün debüt “Wannabe” klipi, “Betman: Başlanğıc”, “Bricit Consun gündəliyi” və “Harri Potter və gizli otaq” filmlərinin epizodları çəkilib.

İstinad : Fins.az saytı