«Fairmont Baku» — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində, “Alov qüllələri” kompleksində yerləşən beşulduzlu otel.“Fairmont” otellər qrupuna aiddir.

“Fairmont Baku” otelində yaradılan şərait öz görkəmini sürətlə dəyişən Bakının artıq dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirdiyini göstərir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur.

Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət almışdır və məşhur otel brendlərinin ölkəmizə olan marağı xeyli artmışdır. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən “Fairmont Baku” oteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkənin müasir turizm imkanlarını daha da artırır.

«Fairmont Baku»nun yerləşdiyi “Alov qüllələri” Bakının yeni və möhtəşəm simvolları arasında paytaxtın gözəlliyini dünyaya yüksək səviyyədə təqdim edir. “Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Çünki “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 24 iyun 2013-cü il tarixində “Fairmont Baku” otelinin açılışında iştirak ediblər.

Əlaqə : (012) 565 48 48

loading...