Nadir memarlıq həlli ilə diqqəti cəlb edən “Four Seasons” otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Klassik və müasir dizaynı ilə seçilən Bakı kompleksində beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.

“Four Seasons Hotel Baku”nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, “Four Seasons Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adları verilmişdir.

Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Bu zalda xüsusi mərasimlər və tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün oteldə həcmcə daha kiçik bir zal — 390 nəfərlik “Rast” zalı da fəaliyyət göstərir. Otelin “Şur”, “Çahargah”, “Bayatı Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır.

Qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları yaradılmışdır. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilmişdir.

Məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli “Four Seasons Hotel Baku” 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunmuşdur. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir.

Otelin restoranında da qonaqlar üçün hər cür şərait yaradılmışdır. Restoranda özəl ziyafətlər üçün “Qarabağ” zalı da fəaliyyət göstərir. Otelin mətbəxləri yüksək keyfiyyətli avadanlıqla təchiz olunmuşdur.

Əlaqə : (012) 404 24 24

loading...
Paylaşmaq
Əvvəlki məqaləJW Marriott Absheron
Sonrakı məqaləFairmont Baku