Press release December 2015, ICEHOTEL,
Eye Suite design by
Nicolas Triboulot (France)
Cédric Alizard (France)

«Icehotel» 365 Şimal qütb dairəsindən 200 km məsafədə, Turneelven çayının yanında yerləşir. 195 kv. metr ərazisi olan binada 21 nömrə, eləcə də bar və rəsm qalereyası yerləşir. Buz otelin yaradılmasına Turneelvendən 30 min litr su gedib. Onun üzərində işdə bütün dünyadan olan heykəltəraşlar iştirak ediblər. Otel bütün il boyu çalışa bilər, belə ki, isti vaxtlarda soyuducu alətin köməyilə onun qorunması təmin olunacaq.
«Icehotel»də temperatur 5-8 dərəcədə saxlanılır. Qonaqların donmaması üçün onlara isti yataq torbaları veriləcək. Buz nömrədə gecə 2450 İsveç kronuna (təxminən 461 AZN) başa gələcək.
Qeyd edək ki, buz otelin əsası 1989-cu ildə qoyulub. Ancaq 2016-cı ilə qədər onu hər qış yenidən tikməli olurdular.

İstinad : Fins.az saytı