Bakıda Köhnə Yeni İli keçirmək üçün BakuBus qeyri-adi təklif verib.Bu köhnə İl BakuBus avtobusu nağıllar aləmini xatırladacaq. Kampaniyada iştirak etmək istəyənlər 13 yanvar saat 18:50-də İsr Plazanın yanında toplaşacaqlar. Daha sonra iştirakçılar kollektiv şəkildə Yeni İl Yarmarkasını gəzəcəklər. Gəzinti BakuBus-ın xüsusi bəzədilmiş avtobusunda davam edəcək. Avtobus şəhərin müxtəlif güşələrini dolaşacaq. Avtobus sərnişinləri üçün müxtəlif içkilər və zefir şirniyyatı təqdim edəcək.
Görüş İçəri Şəhərdə yerləşən “Folk Art” yerli sənətkarlar mağazasında davam etdiriləcək və axşam saat 9-da bitəcək. Axşam boyu incəsənət nümayəndələri, bir çox tanınmış simalar da kampaniya iştirakçılarına qoşulacaq.
Qeyd edək ki, avtobusda yeni il kampaniyasında iştirak tamamilə ödənişsizdir.

loading...

İstinad : Fins.az saytı