42-27606170

loading...

Malayziya – Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland və Sinqapur, cənubda İndoneziya ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır.

Müasir insanların indiki Malayziya ərazisində təxminən 40.000 il əvvəl məskunlaşdıqları təxmin edilir. Burada ilk məskunlaşan insanların neqritos etnik qrupuna aid olduqları ehtimal edilir. I əsrdə Çin və Hindistandan olan ticarətçilər və məskunlar Malayziyaya köçməyə başladılar. II və III əsrdə onlar burada bir neçə şəhər və limanın əsası qoydular. Onların burada məskunlaşması Malayziya xalqının Çin və Hindistan mədəniyyətinin təsiri altına düşməsi ilə nəticələndi, Hinduizm və Buddizm dinləri yerli xalq arasında yayılmağa başladı. Sanskrit dili və yazısı IV və V əsrlərdə burada peyda oldu. Malay yarımadasının şimalındakı ərazilərdə Lanqkasuka dövləti II əsrdə formalaşdı və XV əsrə qədər mövcudluğunu qorudu. XV əsrdə Malakkada İslam dini yayıldı və bütün yarımadanı əhatə etdi. Portuqaliyalılar 1511-ci ildə Malay yarımadasını ələ keçirdilər. Ancaq Hollandiyalılar ilə Portuqaliyalılar arasında Malayziya uğrunda davamlı bir mübarizə başladı. 1641-ci ildədə Portuqaliyalılar Malakkadan geri çəkildi. Hollandiyalılar burada 1795-ci ilə qədər hakim qüvvə oldular. Penanqda 1786-cı ildə və Sinqapurda 1824-cü ildə yerləşməyə başlayan İngilislər getdikcə ticari və siyasi fəaliyyətlərini artırdılar. Bu vaxt müxtəlif Malayziya ərazilərini işğal etməyə cəhd edən Taylanda qarşı mübarizə başlandı. Malayziyanı Hollandlar 1826-cı ildə təkrar işğal etdilər.