Malta dövlətinin paytaxti Valetta şhəridir.Sahəsi 0,3 min kvadrat kilometr,əhalisinin sayı 0,5 mln nəfərdir.Dövlət dili malta və ingilis dilidir.Dini xristian dinidir.Pul vahidi malta lirəsidir .

Malta Avropada ada-dövlətdir.Malta və Qotso kimi böyük və bir sıra kiçik adalardan ibarətdir.Malta boğazı ölkəni İtalyadan,Tunis boğazı isə Tunisdən ayırır.2004-cü ildən Avropa Birliyinin üzvüdür

İqlimi Aralıq dənizi tiplidir.Malta adaları mülayim keçən qışı və isti yaz mövsümü ilə sağlam bir iqlimə malikdir.Orta tempratur fevralda 12 C,avqustda isə 25 C-dir.Burada soyuq küləklərlə,qar,don və sisə heç rast gəlinmir.Yağışlar ən çox sentyabr və aprel ayları arasında müşahidə olunur. İllik yağıntı təqribən 530 mm-dir.

İlk baxışdan adaların səthi hamar görünür,lakin bu,aldadıcı təəssüratdır.Ada qərbdən şərqə doğruazca mailliyə malikdir.Onun şimal-qərb yüksək olmayan dağların və çökəkliklərin növbələşməsindən ibarətdir.Əhəngdən ibarət yamacların eroziyası və dağılması,həmiçinin,süxurların küləkvə su ilə sovrulub yuyulması nəticəsində bir tərəfdən vadilərə məhsuldartorpaq sahələrinin,digər tərəfdən isə karst qatından və çuxurlardan ibarət boşluqlarların yaranmasına səbəb olmuşdur.Adanın şərq sahillərində dağ yamacları və dərərlər dənizə enərək gözəl limanlar yaradır.Şimal-qərbdə adanın təbii sərhəddini əmələ gətirən Böyük Kanyon-sıldrımlı dərin dərə uzun illər dəniz quludurlarının basqınlarından müdafiə rolu oynmışdır.Cənub-qərb istiqamətindəadamın relyefi az müxtəlifdir.Rabat-Dinqli yaylası sərt mərcanlardan ibrət olduğuna görə,demək olar ki,münbit torpaq qatından məhrumdur.

İqtisadiyyatı zəif inkişaf etmişdir.Gəmiqayırma və gəmi təmiri sənayesi,turizm və kənd təsərrüfatı xammalını emal edən yeyinti və yüngül sənaye inkişaf etmişdir.Ən iri sənaye müəssiəsi paytaxtdakı gəmi təmiri təranəsidir.Dəri,keramika,kimya və metal müəssisələri var.Aqrar sahədə xırda kəndli təsərrüfatları üsütünlük təşkil edir.Əsasən kartof,pomidor,sitrus meyvələri,üzüm,buğda,arpa,qarğıdalı yetişdirilir.Gülçülük geniç inkişaf etmişdir.

Malta və Qotso adalarında neolit dövründə aid nadir meqalitik dini tikililər,keramika nümunələri,heykəlciklər aşkar edilib.Ölkənin antik və Bizans-ərəb dövrləri incəsənəti çox sadədir.XVII əsrdə Karavacco və digər italyan boyakarları baurada işləmişdir.Sonralar incəsətdə yerli sənətkarların rolu tədricən artmışdır.XVI-XVII əsrlərin memarlarına C.Kassar,Lorenso,heykəltaraş Melixor,XVIII-XIX əsr memarlarına S.İttar,D.Qroniye de Vasse daxildir.6-14 yaşlı uşaqların təhsili icbaridir.Təhsil müddəti azyaşlı uşaqlar məktəbində 2,ibtidai məktəbdə 6,orta məktəbdə 6, peşə məktəblərində 3-5, ibtidai məktəb müəllimlərinin hazırlanması sahəsində 2 ildir.Valetta universitet,kollec,kitabxana,milli muzey fəaliyyət göstərir.

Paylaşmaq
Əvvəlki məqaləSorvagsvatn
Sonrakı məqaləGədəbəy