Amsterdam, Netherlands; This photo can be found here on the Panadea website.

loading...

Niderland Krallığı (nid. Koninkrijk der Nederlanden) – Qərbi Avropada dövlət. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km).

Paytaxtı – Amsterdam, hökumətin iqamətgahı – Haaqa şəhəridir.

Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir.

Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş “Niderland Krallığının Statusu” (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir.

Əhali: 16 491 461 (iyul 2006 məlumatları).
Əhalinin artım tempi: 0,49% (2006 məlumatları).
İmmiqrantların nisbəti: 2,72 immiqrant/1 000 nəfər əhali (2006 təxmini).
Körpə ölüm nisbəti: 4,96 ölüm/1 000 doğulan körpə (2006 təxmini).
Orta həyat müddəti: Cəmi əhali: 78,96 il.
kişilərdə: 76,39 il.
qadınlarda: 81,67 il (2006 məlumatları).
Uşaqların orta sayı: 1,66 uşaq/1 qadın (2006 təxmini).
HIV/AIDS – xəstəliklərinə tutulan yetkin sayı: 0,2% (2001 məlumatları).
HIV/AIDS – xəstəliklərindən ölənlərin sayı: 100 (2003 məlumatları).
Demonim: Niderlandlı.
Əhalinin etnik dağılımı: 91% Hollandiyalı, 9% Türk, Faslı və digər.
Din: Katoliklər 27%, Protestantlar 15,7%, Müsəlmanlar 5,7%, digər 2,3%, ateistlər 48,2%.
Dil: Niderland dili.

Avtomobil yolları: 134 000 km
Kanallar: 6 183 km
Boru xətləri: Xam neft 418 km; neft məhsulları 965 km; təbii qaz 10,230 km
Limanları: Amsterdam, Rotterdam, Delfzijl, Dordrext, Eemshaven, Qröningen, Haarlem, İjmuiden, Maastrixt, Terneuzen, Utrext, Vlissingen
Aeroportlar: 27
Vertolyot sahələri: 1