Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Xarici İşlər Nazirliyinin «Qara siyahısı»na düşmüş əcnəbilərə «ASAN Viza» portalı vasitəsilə vizanın necə veriləcəyinə münasibət bildirib.
İ.Kərimov jurnalistlərə deyib ki, arzuolunmaz şəxslərin siyahısı müvafiq dövlət orqanı tərəfindən elektron sistemə daxil edilir:
«Müraciət zamanı sistem bu siyahını yoxlayır. Sistem ümumiyyətlə, müvafiq olaraq bu siyahını yoxlayır. Hər hansı şəxs dövlətin arzuolunmaz şəxslər siyahısındadırsa, həmin şəxsə vizanın verilməsindən imtina edilir. Hər hansı bir şəxsə vizanın verilib-verilməyəcəyi dövlətin müstəsna səlahiyyətidir. Buna heç bir dövlət müdaxilə edə bilməz».

İstinad : Fins.az saytı