"infotour.az" Azərbaycanda müxtəlif turizm agentlikləri tərəfindən satışa çıxarılan bütün turların, turizm sənayesinə aid vakansiyaların və xəbərlərin bir arada toplandığı onlayn platformadır.
Saytda reklam yerləşdirmək barədə məlumat almaq üçün e-mail ünvanınızı qeyd edin
Rezervasiya "infotour.az" şirkətinə daxil olan andan 30 dəqiqə ərzində sifarişçi ilə əlaqə saxlanılır, məlumatlar təsdiq olunur və sifarişçi tərəfindən ödəniş edilir
Saytda satışa çıxarılan turlar müxtəlif şirkətlərə aiddir. Turlar zamanı yaşanan hadisələrə görə turu təşkil edən şirkət məsuliyyət daşıyır
Tur təxirə salındığı və ya ləğv edildiyi andan 24 saat ərzində müştərilər bu barədə məlumatlandırılır və ödədiyi məbləğin 100% dəyəri geri qaytarılır
Sayta yerləşdirilən elanlar, növündən asılı olaraq 7-30 gün aralığında qüvvədə qalır
Rezervasiyalar müştəri tərəfindən təsdiqlənəndən 24 saat ərzində ödəniş olunmalıdır. Əks halda rezervasiya ləğv edilir
Ödənişlər kartla və ya ofisdə ödəməylə yerinə yetirilə bilər
Sifarişlər Standart formada verilir
"infotour.az" heç bir halda satıcı şirkətin təklif etdiyi məhsulun keyfiyyətinə və sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır
Ödəniş olunduqdan sonra müştəri 6 saat ərzində turdan imtina edə bilər. Daha çox zaman ötdüyü halda müxtəlif kateqoriya turlara (xarici, daxili, gecəlik və s.) uyğun cərimələr tətbiq edilir.
Turizm agentlikləri sifariş üçün anket göndərən zaman məhsulla bağlı məlumatları müvafiq xanalara doğru şəkildə qeyd etməlidir. Biz sifarişi icra edərkən agentliyin müvafiq xanalara daxil etdiyi məlumatlar əsas kimi götürürük
Sifariş prosesində hər hansı problem yarandıqda sifarişçiyə bu haqda məlumat verilir və onun ödədiyi məbləğ geri qaytarılır
Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı sifarişçiyə SMS və ya zəng vasitəsi ilə məlumat verilir
Bütün konfidensial məlumatlar şirkətimiz tərəfindən qorunur
Çatdırılma zamanı sifarişçi qeydiyyatdan keçdiyi zaman təqdim etdiyi şəxsiyyət vəsiqəsi ilə turları əldə edə bilər