goyezen-dagi-1-cayin-fonunda 15665619695_fcd8b27272_b 0bd23bec8e66263363e43b75092d42d4 r33651_cf2859ee6a3102e025e9b58f98426dc2 982810dc033abd1e340c26f7e9973704

Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub qərbdən Ermənistanla 168 km sərhəddir. Ərazisi 692 kv.km, əhalisi 94710 nəfərdir. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır.
Ulu Öndər Heydər Əliyev 3 dəfə, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları isə 7 dəfə Qazax rayonuna səfər etmişdir. Ulu Öndər Heydər Əliyev Qazağa səfəri zamanı demişdir: “Siz əziz qazaxlılar, burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız”.

Əhalinin ümumi sayının 49 %-i kişilər, 51 %-i qadınlardır. Əhalinin 99,58 %-ni azərbaycanlılar, 0,42 %-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 267 Qarabağ müharibəsi əlili, 196 şəhid ailəsi, 656 qaçqın və 7836 məcburi köçkün vardır.
Rayonda bir şəhər və 34 kənd yaşayış məntəqəsi olmaqla 23 inzibari ərazi dairəsi üzrə nümayəndəliyi və 17 bələdiyyə fəaliyyət göstərir.

Qazax rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülk və meyvəçilik mühüm yer tutur. Ərazisinin 67,9 %-i və ya 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 30,5 %-ni və ya 21180 hektarını əkin sahələri təşkil edir.
Aparılan aqrar islahatın nəticəsində 15 568 nəfər mülkiyyətçi 20838 hektar əkin sahəsini və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışlar.

2003-2015-ci illərdə rayonda 290 müəssisə yaradılmış, 10130-u daimi olmaqla 12498 yeni iş yeri açılmışdır.

Rayonda 26 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 13-ü mədənçıxarma,9-u emal və 4-ü digər sahələrdir. Sənaye fəaliyyəti ilə 815 nəfər məşğul olur. İstehsal olunan məhsulun satış yerinə görə bölgüsü — rayonda 45, respublikada 25, respublikadan kənarda isə 30% təşkil edir.

Rayonda 1 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı, 1 Qazax Dövlət Sosial İqtisad Kolleci və 1 Peşə Liseyi, 47 ümumtəhsil məktəbi vardır. Ümumtəhsil məktəblərdən 7 ibtidai, 6 ümumi orta və 34 tam orta, 31 məktəbəqədər və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Əhaliyə 1 “Diaqnostika mərkəzi”, 7 xəstəxana, 19 ambulator — poliklinika, 17 tibb və feldşer-mama məntəqəsi səhiyyə xidməti göstərir.

Rayonda 1 “Heydər Əliyev Mərkəzi”, 1 “Şahmat Mərkəzi”, 1 “Gənclər Mərkəzi”, 1 rəsm qalereyası, 1 poeziya evi, 21 mədəniyyət evi, 43 kitabxana, 2 uşaq musiqi məktəbi, 24 klub, 1 dram teatr, 1 kinoteatr, 1 dövlət qoruğu, 3 muzey və 1 ev muzeyi vardır.

Qazaxda 112 daşınmaz tarix və mədəniyyət abidələri vardır. Bunlardan 45-i memarlıq, 54-ü arxeoloji, 7-si monumental və xatirə, 5-i isə dekorativ tətbiqi sənəd nümunələridir.

Rayonda 1 Olimpiya İdman Kompleksi, 1 stadion, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 1 atıcılıq tiri vardır.
Rayon ərazisində 7 ədəd özəl bank filialı, 1 ədəd özəl bank şöbələri,1 ədəd kredit ittifaqı və 4 ədəd bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

Qazax rayonu ərazisindən 44 km uzunluğunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi beynəlxalq avtomobil yolu keçir. Rayondaxili yolların uzunluğu 151 km-dir.
Rayonda 7 siyasi partiya, 4 məscid, 1 ziyarətgah, 4 islam yönüllü dini icma, 23 QHT fəaliyyət göstərir. 1 seçki dairəsi, 38 məntəqə və 45573 seçici vardır. Bundan başqa, rayon ərazisində olan 12 seçki məntəqəsi və 13626 nəfər seçici 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinə daxildir.

Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti fəaliyyət göstərir. Qəzetin təsisçisi Qazax rayonu İcra Hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən fəaliyyətə başlamışdır. Əvvəllər “Kommuna yolu”, “Qalibiyyət Bayrağı” adı ilə nəşr olunmuşdur. 1988-ci ildə “Göyəzən” adlandırılmışdır.

loading...