Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib. Burada, möhtəşəm Qafqaz Dağlarının kölgəsində görülməmiş gözəlliklər gizlənir.
Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvan aləminin ekoloji xəzinəsi. Bu, bütün cah-calalı iləŞahdağdır.
İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisə olunmaz bir məkandır.
Heyrətamiz gözəl, zamandan gizlədilmiş cənnət olan Şahdağ, insanlara tezliklə unudulmayacaq bir təəssürat baxışlayır.

Qiş idman oyunlari
Müxtəlif təcrübə səviyyələrinə uyğun, planlaşdırılan 19 xizəksürmə yamacında Şahdağ Turizm Kompleksi, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dünya səviyyəsində həyəcanlı xizəkçilik idman oyunlarını təqdim edir. Kompleksin öz xizəkçilik məktəbi yeni başlayanlar, eləcə də daha təcrübəli xizəkçilərə fərdi şəkildə təcrübəli təlimatçıların dərslərini təklif edir.
Xizəkçiliyə əlavə olaraq yamaclarda həmçinin snoubord və aeroxizəkdə sürüşmək kimi həyəcanlı imkanlar da təklif edilir. Digər qış oyunlarına, xüsusən də uşaqlar üçün oyunlara kvadrosikldə gəzinti, şardan qalalar və tübinq daxildir. Əlavə olaraq Kompleksin Spa salonu qar və buzdan sonra təravətləndirici istirahəti təmin edəcəkdir.

Yay idman oyunlari
Yay mövsümündə biz sizə, bütün yaşlara uyğun, Macəralar parkından tutmuş şişirdilmiş qalalara və kvardosikllərdə gəzinti və Nordik gəzintisinə qədər müxtəlif növ idman oyunlarını təklif etməkdən məmnunuq.
Bunlar hamısı, tam yeni, 4 ulduzlu, lift bazası olan Zirvə Otelinin yaxın ərazisində yerləşir.

Otellər
Şahdağ Milli Parkının yaxınlığında yerləşən əzəmətli və valehedici dağ mənzərəsi ilə əhatə olunan Şahdağ Turizm Kompleksi, hər kəsin həzz alacağı müasir binalar təklif edir. Hər binanın özünəməxsus cazibəsi və gözəlliyi vardır və hər biri, seçiminizə müxtəlif müasir və dəbdəbəli otaqlar təqdim edir.

Zirvə oteli
Lift Bazası olan Zirvə Oteli, xizək həvəskarları və turistlər üçün xüsusilə yaradılmış müasir üç ulduzlu oteldir. Zirvə Oteli gözəl Şahdağ Dağ İstirahət kompleksini seyr etmək üçün mükəmməl məkandır.

Qaya evləri
Ailəvi xizəkçilik və dağ oteli — evidir. Burada çox rahat otaqlarda ailələr birlikdə qala, habelə ayrı otaqlarda sərbəst dincələ bilərlər.

Sahdağ otel və spa
Azərbaycanda birinci müasir dağ Otelidir. Müasir, lakin eyni zamanda yerli adət ənənəyə hörmətlə yanaşan Şahdağ Otel və Spa, qonaqlara dünyanın hər hansı bir dəbdəbəli otelinə bərabər səviyyədə xidmət təklif edir.

Pik palace şahdağ
PİK PALACE ŞAHDAĞ Bakı şəhərindən 230 kilometr şimalda, Şahdağ turizm kompleksində yerləşən ilk dəbdəbəli istirahət məkanıdır. Dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuş və hər bir elementi məmnunluq və sevinc doğuran kompleks unudulmaz təəssürat yaradır.