Novruz bayramı ilə əlaqədar olaraq “Şahdağ Hotel” müştərilərinə yeni kampaniya təklif edir.İnfotour.az Turizm fins.az-a istinadən xəbər verir ki, iki nəfərlik otaqda bir nəfərin gecələməsi, səhər yeməyi, Novruz əyləncəsi , 155 manatdır. Kampaniya 19-25 mart tarixlərini əhatə edir. Nömrəni 3 gün öncədən bron edən şəxslər 10 faiz endirim əldə edə bilərlər.
Həmçinin 120 manat ödəməklə “Zirvə Hotel”də qonaqlamaq olar. Qiymətə 2 nəfərlik otaqda bir nəfərin qonaqlaması, səhər yeməyi , restoranda bayram şam yeməyi daxildir.
“Zirvə Hotel”də də 3 gün öncədən bron edən şəxslər 10 faiz endirim əldə edə biləcəklər. Qeyd edək ki, göstərilən qiymətlər bir gün üçün nəzərdə tutulub.

İstinad : fins.az

loading...