Hələbin şərqi Əsəd qüvvələrinin mühasirəsindən xilas olacağına ümid edir. Şəhərin Əsəd nəzarətinə keçən digər tərəfində isə Şamdan gəlib dağıntılar arasında selfi çəkən turistləri görmək mümkündür.

Şərqi Hələbdə Əsəd qüvvələri və onlara dəstək verən Hizbullah silahlılarının mühasirəsi altında olan bölgədə yaşayan təxminən 100 000 nəfərin köçürülməsi ilk 1500 nəfərlik karvandan sonra dayandırılmışdı. Köçürülmə zamanı açılan atəş nəticəsində 100-ə yaxın dinc sakin ölmüşdü.

sam-dan-halep-e-gelip-yikintilar-arasinda-poz-9076744_1459_m

Hələbdə ağır vəziyyət olduğu halda, paytaxt Şamdan gələn turistlər şəhərin xarabalığa çevrilən Hələb qalası, Əməviyyə məscidi və digər tarixi bölgələri gəzib fotoşəkillər çəkdirirlər.

Fotoşəkillərdə müharibə turistlərinin UNESCO mirasına daxil edilən dağıdılmış abidələrin qarşısında gülümsəyərək şəkil çəkdirdiklərini görürük. Suriyanın Turizm Nazirliyi 6 ildən bəri davam edən vətəndaş müharibəsinə baxmayaraq, ölkə turizmini inkişaf etdirmək üçün kampaniyalarını davam etdirir.

İstinad : A24.az saytı

loading...