«Qatar Airways» şirkəti “Dünyanın ən yaxşı hava yolu şirkəti” seçilməsi münasibəti ilə böyük endirim kampaniüasına başlayıb. Kampaniya çərçivəsində şirkətin müştəriləri bütün dünyada biznes və ekonom sinif uçuşlarda 40%-dək endirimlər ala biləcəklər.

Şirkətin yaydığı məlumata görə, bu dəfəki endirim kampaniyası «Qatar Airways şirkətinin keçən ay “Paris Air Show”-da nüfuzlu Skytrax tərəfindən 2017-ci il üçün mükafatlandırıldığı bir neçə nominasiyanın məntiqi davamıdır. Turizm.fins.az Səyyah.az-a istinadən xəbər verir ki, həmin tədbirdə Qatar Airways “Dünyanın Ən Yaxşı Hava Yolu Şirkəti”, “Dünyanın Ən Yaxşı Biznes Sinfi”, “Yaxın Şərqin Ən Yaxşı Hava Yolu Şirkəti” və “Dünyada Ən Yaxşı Birinci Sinif Lounge” nominasiyaları üzrə qalib gəlib.

Müştərilər bu xüsusi endirimlər vasitəsilə həm biznes və həm də istirahət istiqamətlərinə səyahət edə biləcəklər. Qeyd edək ki, bir qədər əvvəl «Qatar Airways» Fransanın Nitsa şəhəri və İrlandiyanın paytaxtı Dublin şəhərinə də uçmağa başlayıb. «Qatar Airways»ın baş kommersya meneceri Ehab Amin bildirib ki, şirkətin mükafatlar münasibətilə etdiyi endirimlər müştərilərə böyük imkanlar açacaq.

loading...

10 dekabradək ucuz uçuşlar  

Bu dəfəki endirimlər 10-19 İyul tarixləri arasında alınan 10 Dekabr 2017 tarixinə qədər səyahət imkanı verən biletlərə aiddir. Bu dövrdə bilet alanlar 40%-dək endirim əldə edəcəklər. Bu təklifdən başqa əlavə olaraq Nitsa – Fransa, Skopje – Makedoniya, Sohar – Oma və Praqa – Çex Respublikası üzrə olan yeni uçuşlara da endirimlər təklif olunur. Bundan başqa, Qatar Airways “Privilege Club” üzvləri www.qatarairways.com saytı üzərindən bilet alarkən ikiqat “Qmiles” qazanma şansı əldə edirlər.  Qeyd edək ki, ərəb ölkələrinin Qətərə tətbiq etdiyi sanksiyalara baxmayaraq şirkət təyyarə ilə sərnişin daşımalarında aparıcı rolunu qoruyub saxlaya bilib.

Təyyarədə ilk dəfə  – fırlanan oturacaqlar və ikili yataq  

Bir qədər əvvəl xəbər verildiyi kimi, «Qatar Airways»in yeni xidmətləri də işə düşüb. Belə ki, yenilikcə təqdim edilən “QSuite” – Biznes Sinif oturacağı mülki aviasiyada əsl inqilab olub. Belə ki, “QSuite” dünyada ilk dəfə bizes sinfində ikili yataq və şəxsi rahatlığı saxlamaq üçün panellər təklif edir. Bu pannellərin vasitəsi ilə müştərilər özlərinə özəl “otaq” yarada bilirlər.    Yeri dəyişdirilə bilən TV monitorları və panellər düzgün istiqamətdə yerləşdirildiyi zaman 4 nəfərdən ibarət olan dost, yoldaş və ya ailə üçün ayrıca “otağa” çevrilir və bu da onlara birlikdə işləmə, yemək yemə və.s kimi istəklərini reallaşdırmağa imkan verir.   Hazırda 200-dən çox təyyarəsi olan Qatar Airways dünyanın 150 ölkəsinə uçur. 2017-18-ci şirkətin uçuşları siyahısına Makedoniyanın paytaxtı Skopje, Bsniya-Herseqin paytatı Sarajevo, Ukrayna paytaxtı Kiev də qoşulacaq.

© Fins.az