Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası «mələklər şəhəri»dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir.

Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya.

Tailand çoxmillətli ölkə olub əhalisinin yarıdan çoxunu tai xalqları təşkil edir. Tailand ərazisində həmçinin laolar, çinlilər, vyetnamlılar, khmerlər və başqa xalqlar da yaşayır. Ölkədə tai dili rəsmi dil kimi qəbul edilmişdir.

2009 – cu ilin aprel ayının əvvəlinə olan rəsmi təxminlərə əsasən Tailandın 66,8 milyon nəfər əhalisi var .