Qış mövsümünü aktiv şəkildə keçirməyi sevənlər 10 dekabr tarixindən etibarən Qəbələdə yerləşən Tufandağ Turizm Kompleksinə üz tuta bilərlər. Kompleks bu qış sezonunda bir çox yenilikləri həyata keçirməyi planlaşdırır.

Yeni yollar yeni həyəcanlar gətirəcək

Tufandağ Turizm Kompleksi bu qış xizək sürmək istəyən qonaqlarını yeni yollarla sevindirəcək. Belə ki, artıq 10 Dekabr tarixindən etibarən P8 adlı xizək yolu xizək sürənlərin ixtiyarına veriləcəkdir. Digər yolların istifadəsi isə növbəti günlər ərzində həyata keçiriləcəkdir.

Bu qis hami xizek surmeyi oyrenecek

Bu Qış mövsümündə Tufandag Xizek Mektebinin pesekar yerli ve xarici xizek muellimleri xizək sürmək istəyən istər yerli vətəndaşlar, istərsə də əcnəbi qonaqlara xizek dersleri vermek ucun hazirdirlar. Tufandağda Turizm Kompleksində xizək sürmək arzusunu reallaşdırmaq istəyən qonaqlar üçün Azərbaycan, Rus və İngilis dillərində fərdi və ya qrup şəklində xizək dərsləri təşkil olunacaqdır.

Hər kəsin büdcəsinə uyğun qiymətlər

Mövsümün həyəcanını yaşamaq istəyən piyada qonaqlar 10AZN-dən, xizəkçilər isə 15 AZN – dən başlayan qiymətlərlə kanat xəttlərindən istifadə edə bilərlər. Xizək avadanlıqları icarəyə götürmək istəyənlər Qafqaz Tufandağ otelinin “Xizək” mağazasına yaxınlaşa bilərlər. Burada avadanlıqların kirayəsi 15 AZN-dən başlayır. Qeyd olunan qiymətlər bir nəfər üçün nəzərdə tutulmuşdur.

Dadlı təamlar və gözəl mənzərə

Dəniz səviyyəsindən 1920 metr hündürlükdə gözəl dağ mənzərələrindən zövq almaq və dadlı təamların dadına baxmaq istəyənlərin seçimi olan “Chalet Steak & Wine House” restoranı yeni il ərəfəsində öz qapılarını müştərilərə yeni təamlar təqdim edəcək. Qafqaz Tufandağ Mountain Resort otelində aid olan digər restoran və barlar isə hər zaman öz müştərilərini qəbul etməyə hazırdır.
Qeyd edək ki, Qəbələdə yerləşən 5 ulduzlu Qafqaz Tufandağ Mountain Resort oteli kateqoriyali genis ve luks otaqları, restoranları, SPA və fitness mərkəzi ilə qonaqların xidmətindədir. Otel haqqında daha ətraflı məlumatları və yenilikləri otelin facebook səhifəsindən və qafqaz otellərinin ümumi instagram səhifəsindən əldə edə bilərsiniz.

 

Paylaşmaq
Əvvəlki məqaləGürcüstan
Sonrakı məqaləQəbələ Tufandag