Booking.com şirkətinin mütəxəssisləri müxtəlif ölkə sakinləri arasında apardıqları sorğu nəticəsində turizm sahəsində 2017-ci il üçün səkkiz əsas trendi müəyyən ediblər.

Ekspertlər proqnoz verirlər ki, gələn il turizm sahəsində texnologiyaların rolu artacaq. Belə ki, respondentlərin 44 faizi hesab edirlər ki, səyahəti smartfon vasitəsi ilə planlaşdıra biləcək və səyahət üçün mobil proqlamlardan istifadə edəcəklər.

Həmçinin 2017-ci ildə istirahət və ezamiyyət arasındakı sərhədin silinəcəyi gözlənilir. Sorğu işitrakçılarının 75 faizi yeni şəhərlərlə tanışlıq üçün ezamiyyətlərini uzatmaq niyyətindədirlər.

Respondentlərin 44 faizi bildiriblər ki, 2017-ci ildə səyahət üçün yeni istiqamətlər seçəcəklər, 47 faizi isə heç bir dostunun olmadığı yerə gedəcəklərini qeyd ediblər.

Səyahətçilər həmçinin xaricdə sağlamlıqlarına diqqət yetirəcəklərini bildiriblər (məsələn, spa mərkəzlərinə baş çəkəcəklər). 2017-ci ilin daha bir trendi ekoturizmin populyarlığının artması olacaq.

Bundan əlavə, insanlar istirahət zamanı alış-verişdən çox emosiyalara üstünlük verəcəklər. Belə ki, respondentlərin 48 faizi pullarını yeni təəssüratlara xərcləyəcəklərini bəyan ediblər.

2017-ci ildə turistlər düzgün xidmət göstərən hotellərə üstünlük verəcəklər.

Bundan əlavə, respondentlərin 44 faizi etiraf ediblər ki, 2017-ci ildə Aya və ya okeanın dibinə səyahət etmək istəyirlər.

Bu məlumatlar dünyanın on müxtəlif ölkəsində aparılan sorğu nəticəsində əldə edilib. Tədqiqatda hər ölkədən min nəfər iştirak edib.

İstinad : Oxu.az saytı

loading...