İtaliyanın Assisi şəhərində turizmi inkişaf etdirmək və əhalinin sayını artırmaq üçün qeyri-adi kompaniyaya start verilib.

Assisi şəhərində otellərdə qalan qadınlar istirahətləri müddətində hamilə qalsalar, hədiyyə olaraq yeni istirahət kuponu və ya pul mükafatı alacaqlar.

Amma hədiyyə əldə etmək üçün mütləq qadınlar hamiləliklərini sübut etməlidirlər. Sübut üçün isə onların oteldə qaldıqdan 9 ay sonra övladlarının dünyaya gəldiyini təsdiq edən sənədi təqdim etmələri əsas şərtdir.

Şəhər rəhbərliyinin bu addımı atmasının əsas səbəbi isə doğum səviyyəsinin aşağı düşməsidir.

İstinad : A24.az saytı

loading...