loading...
Hotel Ukraine. Kiev, Ukraine

Ukrayna — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa və Macarıstanla həmsərhəddir.

2010-cu il oktyabrın 1-ə Ukraynanın əhalisi 45 822 214 nəfər idi.

Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir.

1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir.

Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komandanın 2006-cı ildə dünya çempionatında finala qədər irəliləməsidir. Klub futbolu da heç də zəif deyil, Donetsk şəhərinin Şaxtyor Donetsk klubu 2009-cu il UEFA Kubokunun qalibidir. Ukrayna futbolunun dünyaya bəxş etdiyi ən böyük ulduz Andrey Şevçenkodur. Avropanın tanınmış klublarında oynamış Şevçenko bir çox titulların sahibidir. Hazırda o vətənində, Kiyevin Dinamo komandasında karyerasını davam etdirir.

2004-cü il Avroviziya mahnı müsabiqəsində Ukraynanı “Wild Dances” mahnısı ilə Ruslana təmsil etmiş və 280 xalla qalib olmuşdu.

Ukrayna Qara və Azov dənizlərin sahilində yerləşir. O, şimal-şərqdə Rusiya, şimalda Belarus, qərbdə Polşa, Slovakiya və Macarıstan, cənub-qərbdə Rumıniya, Moldaviya və tanınmamış Dnestryanı ilə sərhədləri var. Ərazisində Krım Muxtar Respublikası, 24 vilayət və 2 xüsusi statuslu şəhər yerləşir.