İspan fotoqraf Lucas Valleccilos 400 illik adətə görə heç kimin girməsinə icazə verilməyən Geyşaların evinə girə bilib.

Xəbər verir ki, onların yaşayışı başqa yerdən gələnlər üçün bağlıdır. Həqiqi geyşaları turistlər bir anlıq görürlər və daha sonra gözdən itirlər, ancaq ispan fotoqraf heç kimin girə bilmədiyi müasir dövrün ən qədim yapon mədəniyyət nümunəsi geyşaların yaşayışını görüntüləyib.

g12

 

Geyşalıq xüsusilə inkişaf etmiş qərb mədəniyyətində həyat qadınlarının peşəsi olaraq göstərilir. Əslində isə geyşalığın vücudunu satmaq deyil, zənginlik və güc üçün bacarıqlarını sərgiləmək olduğu göstərilir.

g6

1920-ci illərdə 80 min olan geyşaların sayı XX əsrin 80-ci illərində mədəni deformasiyalaın sayəsində 10 minə düşüb. Bir-birindən fərqli ipək kimanoları, diqqətçəkən ağ makiajları, qeyri-adi aksessuarları və aldıqları təhsilləri ilə yapon mədəniyyətinin öndəgələn ünsürləri sırasında gələn geyşaları sayı bugün 1000 ətrafındadır.

g5

“Geyşa” yaponcadan tərcümədə təxminən “sənətçi” mənasını verir. Rəsmi olaraq fahişəliklə heç bir əlaqəsi yoxdur. Onların əksəriyyəti musiqi və rəqs mövzusunda təhsil alırlar. Bacarıqları arasında yeməklər, təqdimetmə və çay servisi çöx önəmlidir. Onların saçları uzun müddətə formaya salınır və 3-4 gün saç düzümləri pozulmur. Buna görə də geyşalar yatarkən saç düzümlərinin zədələnməməsinə çox böyük diqqət edirlər.

g4

Ümumyapon mədəniyyətinə görə ər öz arvadına sadiq qalmaq məcburiyyətində deyil. Ailə sadəcə nəsil artırmaq üçün qurulur. Qadınların vəzifəsi sadəcə evi təmizləmək və ərinin, uşaqlarının qulluğunda durmaqdır. Geyşa mədəniyyətində də müştərini seçmək haqqı önəmlidir. Hər yoldan keçənin onlarla vaxt keçirə bilmədiyi kimi bütün zənginlər də geyşaların xidmətlərindən yararlana bilmirlər.

g3

İkinci düya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra amerikalı əsgərlər buraya ayaq basdılar və özlərini bir çörək puluna hər cür xidmətlər göstərən qadınların arasında tapdılar. Çünki müharibə ölkədə çoxsaylı kişi ölümləri yaratmışdı. Müştərilərin diqqətini çəkmək üçün özünə “geyşa” deyən bu qadınlar bu gün “geyşa” mədəniyyətinin səhv anlaşılmasının əsas səbəbkarıdır.

g9

Geyşalıq milli yapon adətlərində usta olmaq, paltarının hər qıvrımından saçının hər telinə kimi atdığı hər addımda sənət nümunəsi olmaq deməkdir.

g1

g2

g8

g10

loading...